Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

Şeyx Sənan

Odur, o!.. Bax, yenə o!

(Xumara)

Məni əfv et!..

Xumar

Sevimli Sənan, gəl!
Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl!

(gedəcək olur)
Şeyx Sənan

(Xumara doğru qoşaraq şaşqın və məcnunanə)

Gediyor... A-h, getmə!

Şeyx Kəbir

Kimdir o, kim?

İkinci pərdə yavaş-yavaş qapanmağa başlar.

Şeyx Sənan
(yaralı və həyəcanlı)

Getmə, dur!.. Getmə, nazənin mələyim!

(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq
olamaz, bayılıb düşər.)

Şeyx Kəbir

Allah-allah, nədir bu əfsanə!?

Şeyx Mərvan

İştə divanədir o, divanə!..

Şeyx Sənanın qorxunc halını seyr etməkdə olan Zəhra çox həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar.

PƏRDƏ
II SƏHNƏ

Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük camelər, bilxassə qara örtülü Kəbə görünür. Vəqə on il sonra vaqe olduğu üçün birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir.
Pərdə açıldıqda əlində su dəstisi olduğu halda kiçicik bir ərəb qızının yoldan keçdiyi görünür. Şeyx Sədra ilə Əbülüla digər tərəfdən çıxarlar.

Şeyx Sədra

Bu nə müdhiş hava, susuzluqdan
Adəta qovrulub yanır insan.

Əbülüla

(Kəbəni göstərərək)

Şübhəsiz, olmasaydı Beytullah,
Məkkə olmazdı heç iqamətgah.
Burda ömr eyləmək fəlakətdir.
İmdi bildim Mədinə cənnətdir.

Şeyx Sədra

(yoldan keçən qıza)

Gəl, qızım, bir içim su ver mənə sən.

(Qız məmnun bir tövr ilə gülümsəyərək dəstini verir)

Əbülüla

Baş-beyin çatlayır hərarətdən.

Şeyx Sədra
(azacıq sudan içər, dəstini iadə ilə)
Sana, yavrum, xuda əcir versin.

Əbülüla

Su nasıldır? Sərinmi?

Şeyx Sədra

Sorma!..

Əbülüla

Neçin?

Şeyx Sədra

İstəyirsən al iç də bax, qandır.
Su deyil, adəta yapışqandır.
Allah-allah! Tənəffüs etdikcə,
Ruhu təzyiq edər bir işgəncə.
Halım, eyvah, çox müşəvvəşdir,
Udduğum həp alovdur, atəşdir.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |